Qadınlara 10 məsləhət

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı. «Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.

1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də öcəşkən ol. Gülümsə və sakit danış.
2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır.
3. Ərin yatanda, onu oyatma.
4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə.
5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma.
6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə.
7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə.
8. Ondan mümkün olmayanı gözləmə.
9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar.
10. Onun xətrinə dəyən heç bir söz demə. Sən onunla çar kimi rəftar etsən, o sənə çariça kimi münasibət bəsləyəcək.


Davamı →

Antik dünyada kişi və qadının statusu - Qədim Romada qadınların vəziyyəti və nikah-ailə münasibətləri

Əvvəllər romalılar maldarlıqla məşğul olan xalq idilər, onlara etrusklar, etruskların vasitəsi ilə Qədim Yunanıstanın və Karfagenin sivilizasiyası təsir etmişdir. Qədim romalılar «mores maiorum»u («əcdadların adətləri») ideallaşdırmağa başlayanda, onlar xidmət və borcu, məqsədin sabitliyini, intizamı, əməksevərliyi, rəhmdilliyi, qənaətçiliyi və məsuliyyətliliyi nəzərdə tuturdular.
Ardı →

Yeddi qız

Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.


Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım.


İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.


Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım.


Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi.


Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.


Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.


Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi.


«Analıq gözəlliyi» müntəxəbatından


Davamı →

Xoşbəxtlik,Ehtiras,Xəyanət-bir sözlə,Qadın!

Mən söhbətimə xoş ovqatla başlamaq qərarına gəldim; Nizaminin beytiylə başlayıram:


Çox gözəl arvad var, mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.


Qədim Hindistanda xoşbəxtliyin, həyatın mənası iki prinsipə: bədənin, hisslərin həzz alması və cismani iztirablardan xilas olmaqdır: «həzz nemətdir, təbiətin bizə çağırışıdır. Uşaqlar ən çox həzzə həssasdırlar. Böyüklər, ən ciddi, aydın, ağıllı, yaşlılar da həzzə can atarlar. Fəzilətli adam öz fəzilətindən həzz alır».
Fəzilətə, səadətə, xoşbəxtliyə qovuşmaq İnsana fitrətən məxsus keyfiyyətdir və buna nail olmaq yolları müxtəlifdir. Biz isə birisi üzərində dayanacağıq: Qadın (Kişi) özünün ehtirası ilə, həzzini ödəməklə səadətə, xoşbəxtliyə çata bilərmi? Təbii həyat prinsiplərinə əməl eləməklə buna nail olmaq mümkündürsə, burada qəbahət axtarmağa dəyərmi? Sualın ilkin cavabını məşhur çinin dini-əxlaqi təlimi olan daosizmə istinadətən verəcəyəm: Ən yüksək nemət əlçatmaz arzuları və ehtirasları boğmaqdan, az qane olub qəlbi rahat saxlamaqdan ibarətdir. İkinci cavabı Zenon fəlsəfəsindədir: Kim bu dünyadakı ehtiraslardan, cismani həzlərdən azaddırsa, o, fəlakət zamanı da xoşbəxt ola bilər.


Ardı →

Vasitəçiliklə ailə qurmaq

"(Ey möminlər!)aranızda subay kişiləri və qadınları,əməlisaleh (yaxud evlənməyə qabil)kölə və cariyələrinizi evləndirin.Əgər onlar yoxsuldurlarsa,ALLAH öz lütfü ilə onları dövlətli edər.Allah (lütfü və mərhəməti ilə) genişdir,(hər şeyi)biləndir!"
Ən Nur-32

Əslində belə bir işin savab olduğunu bilə-bilə bu işdən çox çəkinirəm.Məsələn kimisə kiminləsə tanış etdin,bir birilərinin xoşlarına gəldilər və ailə qurdular.Sonradan xasiyyətlərinin bir birinin əksi olduğunu görəndə,yəni dəqiq desək yola getməyəndə dərhal onları bir biriləri ilə tanış edəni günahlandıracaqlar.Və deyəcəklər ki,bəs sən mənə bunu tərifləyirdin?
Halbuki insanları o qədərdə tanımaq olmur.Birdə görürsən neçə illərdir bir birilərini tanıyırlar yaxid sevirlər,amma ailə qurandan sonra hər şey bunun əksini deyir.Heç çox vaxt qohumları da tanımaq olmur.Bəzən bir ömür belə qarşındakını tanımağa yetmir.


Davamı →

Böyük uşaqlar...

— Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi.
— Niyə?- deyə yaxınlıqdakı anası soruşdu.
— Mənim bu həyatla mübarizə aparmağa gücüm yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi.
— Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır. Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm. Görəsən onun valideynləri nə fikirləşir.
— Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır.
— Bəs sənin əhvalını pozan nədir?
Ardı →

Dayanın...

Dostlar, bu məqaləni mən rus dilində oxumuşdum, mənə çox təsir etdi və sizlərlə bölüşmək istədim. İndi yaşadığımız cəmiyyətdə məncə ən böyük problemlərdən biridir.

“Biz tərbiyələndirdiyimiz insanlara cavabdehik” ( Ekzyüperi)

" Mən narkoman ailəsində anadan olmuşam. Deyirlər ki, insanlar yalnız 5-6 yaşlarından etibarən həyatında olan hadisələri xatırlayarlar. Bəlkə də heç kim mənə inanmaz, amma mənim uşaqlıq xatirələrim 2 yaşımdan başlayır. Məncə buna səbəb həyatımda baş verən hadisələr idi.
Mənim 2 yaşım vardı, o zaman ki, atam məni çarpayımdan götürüb 2-ci mərtəbədən həyətə atmışdı.İlk qorxunu mən o zaman hiss etmişdim,anamın qışqıraraq pillələrdən aşağı düşməsi… O zaman mənə heç nə olmamışdı, hətta bu hadisədən sonra mən atama nifrət də etmədim, sadəcə olaraq mən belə hislərə hələ hazır deyildim.
Ardı →

Kişilər niyə susur?

Kişilər bəzən «Susmaq-qızıldır' xalq deyiminin dəyərini anlayırlar. Psixoloqların fikrincə, kişilər
qadınlarla aranı pozmamaq üçün susduqları zamanlar olur. Qadınlar hardan bilsin ki, bu susqunluq onun qəlbinin sakitliyi üçündür. Kişilər isə öz sirlərini gizlətməyə çalışırlar.
Sirr 1
Qonşu mənzildəki xanım həqiqətən çox gözəldir.
Bu о demək deyil ki, kişi onun yanına getmək istəyir. Siz soruşsanız ki, „Qonşu mənzildəki xanım gözəldir?“, cavab isə „Kim? Qonşu mənzildəki xanım? Men heç fikir verməmişəm“ olacaq. Kişilər bu cürdür — onlar ətrafda cazibədar qadın görən kimi avtomatik baxırlar.
Sirr 2
Bəzən »Mən futbola gedirəm" ifadəsi «Sənin əlindən bir az dincəlmək istəyirəm» deməkdir.
Çox zaman futbola (digər idman oyunlarına) getmək kişilərin öz yarının əlindən dincəlmək bəhanəsidir. Əlbəttə heç bir ağıllı kişi deməz ki, "Əzizim, səndən yo­ruldum, istəyirəm dostlarım ilə vaxt keçirim". Odur ki, özlərini idman həvəskarı ki­mi göstərirlər.
Ardı →

Ailə səadəti üçün 39 məsləhət

1. Hər bir xırdalıq və ya incəlikləri araşdırmaqdan çəkin.

2. Hər zaman münaqişələri dar çərçivədə saxlamağa cəhd et. Onu genişlənməyə qoyma. Əlindən itmədən öncə problemə sən hakim ol.

3. Yersiz qeyrət, şək-şübhə düşmənlərdir. Sən veqe olan şeylərə diqqət yetir, zənn və ehtimallara diqqət yetirmə.

4. Ailə həyatının müqəddəsliyini, onun böyük əhdi-peyman olduğunu başa düşməlisən. Bir iş görmədən öncə min dəfə fikirləş. Çünki, sonrakı peşmançılıq fayda verən deyildir.

5. Sevgi, nə qədər də mühüm və zəruri olsa belə, sadəcə sevgiyə güvənmə.

6. Həyat yoldaşına özünü bir örnək kimi göstər. Şəxsiyyətindən xəbər verən felləri tərk et.
Davamı →